Kanada yığması komanda olaraq zədələnən futbolçusu İsmayıl Konenin ətrafında birləşib.

Futbolinfo.az xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Cesse Marş DÇ-2026-nın qrup mərhələsində Qətərə qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis böyükhesablı qələbəyə baxmayaraq, zədə alan İsmayıl Konenin durumunun komandada hamını sarsıtdığını bildirib:

“Bu, bizim üçün tarixi qələbədir. Lakin hazırda ən çox düşündüyümüz məsələ İsmayıl Konedir. Onun zədəsi bizi çox narahat edir. Komanda olaraq onun ətrafında birləşmişik və ən qısa zamanda sağalmasını arzulayırıq”.

Qeyd edək ki, Kanada millisi Qətəri 6:0 hesabı ilə məğlub edib.

Shares: