Tanınmış amerikalı aktyor, kinorejissor və “Nyu-York Niks”in azarkeşi Ben Stiller basketbol komandası haqqında çoxseriyalı sənədli layihə üzərində işlədiyini rəsmən təsdiqləyib.

“Bu, mənim xəyalımdakı layihədir. Sənədli filmin üzərində işləməyə hələ pley-off başlamazdan əvvəl start vermişəm — elə buna görə də oyunlar zamanı məni tez-tez baş verənləri telefona çəkən yerdə görürdülər. Gələcək serial yalnız 2026-cı ilin çempionluq mövsümündən bəhs etməklə məhdudlaşmayacaq, klubun bütün tarixini — 1970-ci illərin çempion komandalarından tutmuş müasir uğurlarına qədər hər şeyi əhatə edəcək”, — deyə Stiller bildirib.

Xatırladaq ki, iyunun 14-də “Niks” finalda “San-Antonio Spörs”ü seriyanın 5-ci oyununda məğlub edərək 1973-cü ildən bəri ilk çempionluq titulunu qazanıb.

Shares: