Patrik Vieyra Cud Bellingemi tənqid edib. Fransa yığması ilə dünya çempionu olmuş dayaq yarımmüdafiəçisi mundialı şərh edərkən bu barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, “Arsenal”ın sabiq ulduzu İngiltərə yığmasının çempion olmasının çətinliyini bildirib: “Dünya çempionu olmaq üçün ən yaxşı oyunçun ən yaxşı formasında olmalıdır. Bellingem hazırda ideal vəziyyətdə deyil. Bu səbəbdən İngiltərə yğmasının turniri qazanması mümkünsüzdür. Cud daha yaxşı oynasa, şans arta bilər”.
Xatırladaq ki, ilk turda İngiltərə yığması Xorvatiya üzərində 4:2 hesablı qələbə qazanıb, Bellingem komandasının 3-cü qolunu vurub. Amma Vieyra yarımmüdafiəçinin parlaq oynamadığını düşünür.





