Futbol üzrə Meksika millisi dünya çempionatlarında tarixinin ən yaxşı göstəricisinə imza atıb.

Futbolinfo.az xəbər verir ki, komanda buna DÇ-2026-nın A qrupunun II turunda Cənubi Koreyanı məğlub etməklə (1:0) nail olub.

Meksika seçməsi mundiallarda ilk dəfə ardıcıl üç görüşdə qalib gəlib. I turda Cənubi Afrika Respublikasını iki cavabsız qolla üstələyən yığma 2022-ci ildə keçirilən turnirdəki son qarşılaşmasında Səudiyyə Ərəbistanını məğlub etmişdi.

Xatırladaq ki, Meksika DÇ-2026-da pley-offa vəsiqə qazanan ilk komandadır. Mundial iyulun 19-da başa çatacaq.

Shares: