Serxi Roberto İtaliyanın “Komo” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb.

Tərəflər arasında iyunun sonunda başa çatacaq müqavilə uzadılmayıb. İspaniya millisinin sabiq oyunçusu 2024-cü ilin yayında “Barselona”dan ayrıldıqdan sonra İtaliya klubuna transfer olunmuşdu.

“Komo”da keçirdiyi iki mövsüm ərzində ümumilikdə 37 qarşılaşmada meydana çıxan futbolçu 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Serji Roberto Kataloniya klubunda 7 qat İspaniya çempionu, 6 dəfə ölkə kubokunun, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Shares: