Futbol üzrə Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaroya karyerasının ən yaxşı günlərindən birini yaşayıb.

Futbolinfo.az xəbər verir ki, 63 yaşlı mütəxəssis bu barədə Türkiyə seçməsinə qarşı dünya çempionatının D qrupunun II turunun oyunundan sonra açıqlama verib.

O, 1:0 hesabı ilə qalib gəldikləri matç haqqında fikirlərini bölüşüb:

“Bu görüşdə əlimizdən gələni etməli idil. Oyunçular məşqçilik karyeramın ən yaxşı günlərindən birini mənə yaşatdılar. Kimsə sizə “Paraqvay öldü” desə, şübhə edin. Dərhal inanmayın. Ən pis məğlubiyyət özünüzə olan inamı itirməkdir”.

Shares: