Amerikalı üzgüçü Keyt Duqlas İndianapolisdə keçirilən “Pro Series” yarışlarında 50 metr məsafəyə sərbəst üsulla üzmədə yeni dünya rekorduna imza atıb.

İdmançı 23,59 saniyəlik nəticə göstərib. Bu məsafədə əvvəlki rekord isveçli Sara Şöströmə məxsus idi (23,61 saniyə). Həmin rekord 2023-cü ildə Yaponiyada keçirilən dünya çempionatında müəyyənləşdirilmişdi.

Yarışda ikinci yeri 23,78 saniyəlik nəticə ilə finişə çatan Qretçen Uolş (ABŞ) tutub.

Keyt Duqlasın 24 yaşı var. Amerikalı idmançı ikiqat Olimpiya çempionudur, həmçinin o, yeddi dəfə dünya çempionatlarında qalib gəlib. Onun aktivində qısa suda (25 metrlik hovuzda) keçirilən dünya birinciliklərində 11 qələbə var.

Shares: