“Real” Madridin baş məşqçisi Joze Mourinyo klubun hücumçu Qonsalo Qarsiyanın gələcəyi ilə bağlı transfer planlarına müdaxilə edib. “Marca” nəşrinin yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis “kral klubu”nun rəhbərliyinə 22 yaşlı futbolçunu satmaq üçün hazırkı vaxtın uyğun olmadığını bildirib.

Mourinyo uruqvaylı hücumçunu öz taktik modeli üçün perspektivli və maraqlı oyunçu hesab edir. Portuqaliyalı məşqçi mövsümöncəsi hazırlıq düşərgəsində hücumçunu diqqətlə izləmək və ona əsas komandada özünü göstərmək şansı vermək niyyətindədir.

Başa çatan 2025/2026 mövsümündə Qonsalo Qarsiya madridlilərin əsas komandasının heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, bu qarşılaşmalarda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Buna qədər isə hücumçu “Real Madrid Kastilya”nın gənclər komandasında çıxış edib və orada 2024/2025 mövsümündə keçirdiyi 73 oyunda 30 qol vurmağı bacarıb.

Shares: