Azərbaycanın daha bir taekvondoçusu Allahverdi Məmmədov (+78 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanıb.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

“Atlet” klubunun üzvü gənclər arasında yarışda ikinci yeri tutub.

Xatırladaq ki, daha əvvəl ölkənin altı təmsilçisi bu yarışda mükafat qazanıb.

Shares: