“Qarabağ”dan ayrılan qapıçı Amin Ramazanov “Sabah”ın düşərgəsinə yollanıb. Futbolinfo.az-ın məlumatına görə, qapıçı Masazır təmsilçisinin heyətində baxışdadır.
Klubdan məlumatı saytımıza təsdiq ediblər.
Məşqçilərin onunla bağlı qərarı müsbət olsa, Ramazanov “Sabah”la müqavilə imzalayacaq.
Qeyd edək ki, Amin Ramazanov ötən ay “Qarabağ”dan ayrılıb.
