Şotlandiyanın “Seltik” komandası yoxlama oyununda qüvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda Portuqaliya təmsilçisi “Sportinq”lə qarşılaşıb.
Oyun “Seltik”in 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Şotlandların bu oyundakı yeganə qolunu isə 69-cu dəqiqədə Kamilo Duran vurub.
Xatırladaq ki, “Seltik” Kamilonu bir neçə gün öncə “Qarabağ”dan transfer etmişdi. Bu, kolumbiyalı futbolçunun Şotlandiya komandasının heyətindəki ilk oyunu idi.
