İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente maraqlı fikirlər səsləndirib. O, Fransaya qarşı DÇ-2026-nın yarımfinal mərhələsinin oyunundan sonra iki komandanı müqayisə edib.
Təcrübəli mütəxəssis millinin böyük uğra imza atdığını bildirib: “Dörd il əvvəl bir düşüncə ilə yola çıxdıq və bu müddət ərzində həmin düşüncələrə sadiq qaldıq. Məhz bu yanaşma bizi uğura gətirib çıxardı. Bu gün dünyanın ən güclü milli komandalarından biri ilə qarşılaşdıq. Ancaq onların qarşısında da dünyanın ən yaxşı komandası var idi. Fərq də məhz bundadır.
Futbolçularımız hər cür tərifə layiqdirlər. Onlar hər gün öz fədakarlıqlarını, həmrəyliyini və istedadlarını nümayiş etdirirlər. Ən çətin görünən işləri belə asanlıqla həyata keçirirlər”.
Qeyd edək ki, İspaniya Fransa seçməsinə 2:0 hesabı ilə qalib gələrək finala adlayıb.
