“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində TNS-lə səfər oyununun statistikası açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 2:1 hesablı qələbə qazansa da, Uels klubu kiçik üstünlüyə malik olub.

Belə ki, rəqibin 15 zərbəsinə Valdas Dambrauskasın yetirmələri 11 zərbə ilə cavab veriblər. Hər iki komandanın 5 cəhdi “çərçivə”yə dəqiq zərbə ilə tamamlanıb.

TNS – “Sabah”

Qollar – 1:2

Zərbələr – 15:11

“Çərçivə”yə zərbələr – 5:5

“Çərçivə”yə düşməyən zərbələr – 7:5

Bloklanan zərbələr – 3:1

Künc zərbələri – 3:3

Oyundankənar vəziyyət – 3:4

Sarı vərəqələr – 2:1

Cərimə zərbələri – 7:7

Shares: