İyulun 17-19-da Gəncə Olimpiya İdman Kompleksində “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçiriləcək.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Bir sıra ölkələrin idmançılarının iştirak edəcəyi turnir gənc karateçilərin təcrübə qazanmasına və beynəlxalq əlaqələrin inkişafına xidmət edəcək.

Yarışın təntənəli açılış mərasimi iyulun 18-də, saat 17:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.

Shares: