İspaniya millisinin futbolçusu Lamin Yamal unikal rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, 19 yaşlı hücumçu buna dünya çempionatının yarımfinalında Fransanı məğlub etmələri (2:0) sayəsində nail olub.
Gənc forvard mundial və Avropa çempionatında start heyətində oynadığı 12 matçın hamısında qalib gəlib.
O, tarixdə bunu bacaran ilk futbolçudur.
İspaniya millisi finalda İngiltərə – Argentina cütünün qalibi ilə üz-üzə gələcək. Turnirin final görüşü iyulun 19-da keçiriləcək.
