“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov Azərbaycan və Qazaxıstandan aldığı təklifləri niyə qəbul etmədiyini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis bildirib ki, 2025-ci ilin iyununda “Vorskla”dan ayrıldıqdan bəri bir neçə klubdan təklif alıb. Lakin o, yüksək hədəfləri olmayan komandalarda çalışmaq istəmədiyini söyləyib: “Mənə tələbat olmadığını demək düzgün olmazdı. Qazaxıstan və Azərbaycandan təkliflər aldım, lakin razılıq vermədim. Səbəb isə həmin klubların qarşılarına yüksək məqsədlər qoymaması idi. Buna görə də vaxtımı və gücümü sərf etmək istəmədim. Yeni çağırışlara hazıram. Yeganə istəyim odur ki, iddialı komandada çalışım. Bunun Ukraynadan, yoxsa başqa ölkədən olması mənim üçün fərq etmir”.
Qeyd edək ki, Yuri Maksimov 2017-2018 mövsümündə “Keşlə”ni çalışdırıb və komandaya Azərbaycan Kubokunu qazandırıb.
