“Qarabağ”ın sabiq qapıçısı Luka Quqeşaşvili Türkiyənin “Göztəpə” klubu ilə ilkin razılığa gəlib.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi indidən bu transferə görə tərəddüd içindədir. Məsələ burasındadır ki, gürcüstanlı qolkiperi Yunanıstanın PAOK klubundan birillik icarəyə götürmək üzrə olan “Göztəpə”nin “Qarabağ” cəbhəsindən xəbərdarlıq aldığı yazılıb. Məlumata görə, Türkiyə klubuna onun Ağdam klubunda olduğu dönəmdə stabil olmadığı bildirilib.

Buna rəğmən, “Göztəpə” 27 yaşlı qolkiperin keçidini böyük ölçüdə həll edib. Quqeşaşvilinin tezliklə Türkiyəyə yollanaraq tibbi müayinədən keçməsi və rəsmi müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-2024-cü illərdə “Qarabağ”ın formasını geyinib.

Shares: