İsrail kubokunda pley-off mərhələsinin oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şimona” komandası öz meydanında “Hapoel”i (Təl-Əviv) qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb və onlar finala yüksəliblər.

Abdullazadə matça start heyətində başlayıb və sona qədər meydanda olub.

“Hapoel” finalda “Makkabi” (Təl-Əviv) ilə qarşılaşacaq

Shares: