Son vaxtlar “Neftçi”nin ukraynalı hücumçu Aleksey Qutsulyakı heyətinə qatmaq istədiyi barədə məlumatlar yayılıb.

Futbolinfo.az xəbər verir ki, Ukrayna mətbuatı bununla bağlı “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun fikirlərini öyrənib. Təcrübəli mütəxəssis həmyerlisinin mümkün keçidi məsələsinə qısa cavab verib. O, 28 yaşlı vingerlə bağlı məlumatı təsdiqləməyib: “Məndə belə bir məlumat yoxdur. Bu barədə ilk dəfə eşidirəm”.

“Neftçi”nin Qutsulyaka ayda 50 min dollar maaş təklif etdiyi, lakin oyunçunun 70 dollar istədiyi bildirilirdi. Məhz bu üzdən Bakı klubunun danışıqları dayandırdığı yazılmışdı.

Qeyd edək ki, “Polissiya” klubundan ayrılan Aleksey Qutsulyak hazırda azad agentdir.

Shares: