Böyük Britaniyanın Birmingem şəhərində atletika üzrə Avropa çempionatı başa çatıb.

Qitə birinciliyinin son günündə atletlər qaçış, idman yerişi, şüvüllə və uzunluğa tullanma, həmçinin nizəatma növlərində mübarizə aparıb.

Komanda hesabında 10 qızıl, 5 gümüş və 6 bürünc medal qazanan İtaliya millisi birinci olub. Böyük Britaniya atletləri 8 qızıl, 8 gümüş və 2 bürünc medalla ikinci, Almaniya idmançıları isə 6 qızıl, 9 gümüş və 5 bürünc medalla üçüncü yeri tutub.

İlk səkkizlikdə həmçinin Niderland, Norveç, İsveçrə, İspaniya və İrlandiya komandaları da qərarlaşıb.

Shares: