Fransa Superkubokunun sahibi məlum olub.

Həlledici görüşdə  Liqa 1-in son qalibi PSJ və ölkə kubokunu qazanan “Lans” üz-üzə gəlib.

“Lans” Folarin Tovenin 32-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb və tarixində ilk dəfə Superkuboka sahib olub. Parislilər 48 dəqiqə azlıqda qalan rəqibin müqavimətini qıra bilməyib.

Xatırladaq ki, PSJ ötən həftə “Aston Villa”nı məğlub edərək UEFA Superkubokunu qazanmışdı.

Shares: