“Gəncə” basketbol klubu Aydın İbrahimovu heyətinə cəlb edib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu ilə müqavilənin müddəti yeni mövsümün sonunadək nəzərdə tutulub.

Boyu 2 metr olan basketbolçu Azərbaycanın U-18 və U-20 millilərinin şərəfini qoruyub.

Qeyd edək ki, A.İbrahimovun son klubu “Lənkəran” olub.

Shares: