Türkiyə Superliqasında “ilk 5-lik”də yer almağı hədəfləyən “Kocaelispor”la bağlı diqqətçəkən transfer xəbərləri ortaya çıxıb.
İddiaya görə, Türkiyə klubu “Monako”nun müqaviləsinə xitam verdiyi 33 yaşlı fransalı Pol Poqba ilə maraqlanır. “Kocaelispor” rəhbərliyinin azad agent statusunda olan futbolçunun transfer şərtlərini araşdırdığı və mümkün maliyyə yükünü dəyərləndirəcəyi bildirilir.
Daha əvvəl “Mançester Yunayted” və “Yuventus”da çıxış edən Poqba 1,5 illik dopinq cəzasını başa vurduqdan sonra 2025-ci ildə “Monako” ilə ikiillik müqavilə imzalamışdı. Lakin zədə problemləri səbəbindən fransalı yarımmüdafiəçi ötən mövsüm cəmi 6 oyunda meydana çıxıb.
