UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlarda qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
Çempionlar Liqasında mübarizəni davam etdirən “Sabah” cari mövsüm ikinci dəfə əliboş qalıb. “Bayquşlar” Rumıniyada “Hapoel”ə (Beer-Şeva) uduzub – 1:2. Nəticədə cari mövsümdə qazanılan əmsal 3.125-də qalıb. Bunun 1.250 əmsalı “Sabah”ın, 1.000-i “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.687-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın xal ehtiyatı 20,625-ə bərabərdir. Bir pillə öndə – 25-ci yerdə qərarlaşmış Sloveniyanın isə 22.843 xalı var. 24-cü sırada olan İsrail isə “Hapoel”in qələbəsi sayəsində ölkəmizlə xal fərqini xeyli artırıb (23,625).
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.
