“Barselona” yeni mövsüm öncəsi Xoan Qamper kubokunu qazanıb.
İspaniya nəhəngi ənənəvi bir oyunluq turnirdə Misirin “Əl Əhli” komandası ilə qarşılaşıb. Oyun “Barselona”nın 2:1 hesablı qələbəsi ilə bitib. Qolları Hamza Abdelkarim və Rafinya vurub. Qahirə təmsilçisində isə Zizo fərqlənib.
Qamper turniri 1997-ci ildən keçirilir.
