“Hapoel” (Beer-Şeva) yüksək səviyyəli komandadır”. Bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Liqtvalı mütəxəssis Rumıniyada İsrail təmsilçisinə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb: “Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. “Hapoel” yüksək səviyyəli komandadır. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik”.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Shares: