Formula 1-də yarışan “Red Bull” pilotu İsak Hacar məşq zamanı biləyindən zədə alıb və onun qarşıdakı Niderland Qran Prisində iştirakı sual altındadır.
Komanda hələ yekun qərar verməyib və məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Məlumata görə, Hacar Zandfortda yarışa bilməsə, Maks Ferstappenin komanda yoldaşı rolunu “Rеysinq Bulls” pilotu Liam Louson yerinə yetirəcək.
Louson daha əvvəl 2025-ci ilin əvvəlində “Red Bull”un əsas komandasında çıxış edib və bu dəyişiklik baş tutarsa, yenidən əsas komandaya qayıdacaq. Bu halda Lousonun “Rеysinq Bulls”dakı yerini “Red Bull”un ehtiyat pilotu Yuki Tsunoda tutacaq. “Red Bull”un əsas diqqəti isə Hacarın ən azı iki həftə sonra keçiriləcək İtaliya Qran Prisinə qədər sağalmasına yönəlib.
