Formula 1-də mübarizə aparan “Uilyams” komandası britaniyalı pilot Aleks Albonun müqaviləsini 2027-ci il mövsümünün sonuna qədər uzadıb.
30 yaşlı pilot 2022-ci ildən Britaniya komandasının heyətində çıxış edir. Albon ötən mövsüm 73 xal toplayaraq şəxsi sıralamada səkkizinci yeri tutub.
Pilot komandadakı dəyişikliklərdən məmnun olduğunu və inkişaf prosesinin davam etdiyini bildirib. Albon əsas məqsədinin “Uilyams”ı yenidən zirvəyə qaytarmaq olduğunu vurğulayıb.
