“Sabah” bu gün Çempionlar Liqasında növbəti sınağına çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq.
Bu komandalar arasındakı ilk oyun Rumıniyanın Buxarest şəhərində təşkil ediləcək. Qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək.
“Sabah” güclü rəqibini mübarizədən kənarlaşdırıb daha bir tarixi uğura imza atmaq üçün səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.
Cavab oyunu gələn həftə Bakıda keçiriləcək.
Çempionlar Liqası
Pley-offun ilk oyunu
19 avqust
23:00. Hapoel (Beer-Şeva) – Sabah
Baş hakim: Davide Massa (İtaliya).
Buxarest. “Rapid Arena”.
