İngiltərənin “Vest Hem” klubunun futbolçusu Niklas Füllkruq Almaniya təmsilçisi “Verder”ə keçib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa komandası 33 yaşlı hücumçunu icarəyə götürüb.
“Verder”in yetirməsi olan forvard 2012-2014 və 2019-2023-cü illər aralığında bu komandanın formasını geyinib.
Xatırladaq ki, Füllkruq 2026-cı ilin yanvarından icarə əsasında oynadığı İtaliyanın “Milan” klubunun heyətində 20 matçda 1 qolla yadda qalıb.
