Almaniyanın “Borussiya” (Dortmund) klubu Niderlandın PSV komandasının və yığmanın yarımmüdafiəçisi Coui Vermanı heyətinə qatıb.
Futbolinfo.az Bundesliqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.
Yarımmüdafiəçi karyerası ərzində ölkəsinin “Volendam” və “Herenven” klublarında da çıxış edib.
Qeyd edək ki, C.Verman 2022-ci ilin yanvarından formasını geyindiyi PSV-nin heyətində keçirdiyi 198 matçda 31 qol vurub. O, Eyndhoven təmsilçisi ilə 3 dəfə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 3 dəfə isə Superkubokunu qazanıb. Futbolçu Niderland millisinin heyətində 16 oyunda 1 qolla yadda qalıb.
