ATP reytinqinin lideri Yannik Sinner yalnız tam sağlam olduğu halda “US Open” turnirində iştirak edəcək.

Sağ dizindəki zədədən sonra bərpa proqramını davam etdirmək üçün Turinə qayıdan italiyalı tennisçi artıq məşqlərə başlayıb. Sinner “Circolo della Stampa Sporting” klubunda məşq zamanı həkimlərin nəzarətindən keçib və dizinin fiziki yüklənməyə reaksiyası qiymətləndirilib.

25 yaşlı tennisçi yaxın zamanda yekun tibbi müayinədən keçəcək və onun “US Open”də oynayıb-oynamayacağı bundan sonra müəyyənləşəcək. Sinnerin komandası onun yalnız özünü 100 faiz sağlam hiss edəcəyi təqdirdə Nyu-Yorka yollanmasına icazə verəcək.

Shares: