“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyət haqda bunu deyib:

“Hər kəsi çempionatımızın başlaması münasibətilə təbrik edirəm. “Qarabağ”la qarşılaşma hər zaman çətin olur. Yaxşı oyun alındı. Səhvlərimiz var. Bu oyundan dərs çıxarmalıyıq. Səhvlərimiz üzərində işləməliyik. Çalışacağıq ki, meydanda daha yaxşı “Şamaxı” görəsiniz.

Yaxşı heyətimiz, gənc oyunçularımız var. Düşünürəm ki, Azərbaycan camiəsində hər kəs legionerlər haqda danışır. Biz isə bunun qarşısını almaq üstündə işləyirik. İnşallah, öhdəsindən gələrik”.

Shares: