Amerikalı aktrisa və ukraynalı sabiq boksçu Vladimir Kliçkonun keçmiş həyat yoldaşı Heyden Panettyeri 36 yaşında vəfat edib. Aktrisanın ölümünü onun atası Skip Panettyeri təsdiqləyib, lakin ölüm səbəbi açıqlanmayıb.

Panettyeri aktyorluq karyerasına uşaq yaşlarında başlayıb və “Heroes” serialındakı Kler Bennet obrazı ilə dünya şöhrəti qazanıb. O, həmçinin “Nashville” serialında Cülyetta Barns rolunu canlandırıb və bu işinə görə iki dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub. Aktrisa “Scream 4” və “Scream VI” filmlərində də Kırbi Rid obrazını canlandırıb.

Panettyeri 2009-cu ildə Vladimir Kliçko ilə münasibətə başlayıb və cütlük 2013-cü ildə ailə qurub. 2014-cü ildə onların Kaya adlı qızı dünyaya gəlib. Panettyeri və Kliçkonun münasibəti 2018-ci ildə başa çatıb və onların qızı Kaya hazırda atası ilə yaşayır.

Shares: