Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətinə daha bir futbolçu qatıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.

Yunanıstan millisinin üzvü Yannis Konstantelias PAOK-dan transfer olunub.

23 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulur.

Shares: