Qana Futbol Assosiasiyası Azərbaycanda U-15-lər arasında keçiriləcək dünya çempionatına ciddi hazırlaşır.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, milli komandanın heyətinin formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Son seleksiya işlərinin ardından 108 nəfər arasından yığma üçün 51 futbolçu seçilib. Seçilən futbolçular iki ayrı qrup şəklində hazırlaşacaq və belədə məşqçilər hər bir oyunçunu daha yaxından izləyə biləcək.

Qeyd edək ki, U-15-lərin dünya çempionatı oktyabrın 23-31-i aralığında keçiriləcək.

Shares: