Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürür. Liqa mərhələsinə vəsiqə uğrunda son raundun ilk günündə 3 görüş baş tutacaq.
Zaqreb “Dinamo”su Norveçin “Vikinq”, “Levski” Yunanıstanın AEK komandalarını qonaq edəcək. Türkiyə təmsilçisi “Fənərbağça” isə İstanbulda Lion “Olimpik”i ilə üz-üzə gələcək. Bugünkü görüşlərin hamısı eyni vaxtda 23:00-da başlayacaq.
Pley-offun daha 4 görüşü sabah keçiriləcək. Azərbaycan çempionu “Sabah” da ikinci oyun günündə meydana çıxacaq. “Bayquşlar” bu raundda İsrail “Hapoel”i (Beer Şava) ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək. Görüş sabah Bakı vaxtı ilə saat 23:00-da Rumıniyanın Buxarest şəhərində reallaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Vikinq (Norveç)
23:00. Levski (Bolqarıstan) – AEK (Yunanıstan)
23:00. Fənərbağça (Türkiyə) – Olimpik (Lion, Fransa)
