Çinin “Unitree” şirkəti “Superman” adlı robotu təqdim edib. Robot insan imkanlarını üstələmək məqsədilə cəmi üç ay ərzində hazırlanıb.

Nəticədə humanoid robot yerindən tullanma və qaçış sürəti üzrə dünya rekordlarını qırıb. Robot qaçış məsafəsi qət etmədən 2 metr hündürlüyə tullana və 2008-ci il Olimpiya Oyunlarında Useyn Boltun göstəricisini üstələyərək saniyədə 12,66 metr sürət yığa bilib. Bolt həmin yarışda saniyədə 12,44 metr sürətə çatmışdı.

Bundan əvvəl ABŞ-də Çin və digər ölkələrdə istehsal olunan humanoid robotların qadağan edilməsi barədə qərar qəbul edilmişdi. Qadağanın dördayaqlı və ya təkərlərlə hərəkət edə bilən digər robotlara da şamil olunacağı bildirilir.

d37b272d e051 489e 90c9 ba0fe400d6fe 1 - Futbolinfo.az
Shares: