Formula 1 üzrə dördqat dünya çempionu Maks Ferstappen idmandakı uğurlarını populyarlığının əsas səbəblərindən biri hesab etdiyini bildirib.
“Red Bull” pilotu fikrini əsaslandırmaq üçün əfsanəvi niderlandlı futbolçu və məşqçi Yohan Kroyffu nümunə göstərib: “Uğur, əlbəttə ki, çox böyük rol oynayır. Əgər Yohan Kroyff futbol oynamağı bacarmasaydı, heç vaxt bu qədər məşhur olmazdı.
Həmişə müxtəlif amillərin birləşməsi rol oynayır. Çox məşhur futbolçular var ki, onların gənclər üçün həqiqətən düzgün nümunə olub-olmadığını düşünürəm. Amma Yohan Kroyff, əlbəttə, həm də fikirləri və dünyagörüşü sayəsində çox tanınır və sevilirdi.
Bilirsən, mən ümumiyyətlə kitab oxumuram. Bu, həqiqətən, heç xoşuma gəlmir. Amma Yohan Kroyff haqqında yeni kitab çıxanda onu oxuyuram. Çünki bu, mənim üçün həqiqətən maraqlıdır”.
