Azərbaycanın 1-ci Liqa təmsilçisi “Səbail” Rail Əmirquliyevi heyətinə qatıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 ildir.
2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən paytaxt təmsilçisinin yeni oyunçusu son olaraq “Şahdağ Qusar”da çıxış edib.
Qeyd edək ki, Rail bir neçə gün əvvəl komandaya qoşulan Rahid Əmirquliyevin qardaşı oğludur.
