Beynəlxalq Biatlon İttifaqı (IBU) sentyabrda keçiriləcək Konqresində rusiyalı biatlonçuların beynəlxalq yarışlara buraxılması məsələsini müzakirə etməyəcək.

Təşkilatın mövqeyinə görə, 2022-ci ildə tətbiq olunan uzaqlaşdırmaya səbəb olan şərtlər hələ də aradan qalxmayıb. Rusiya tərəfi isə idmançıların yarışlara qaytarılması və Rusiya Biatlon İttifaqının tamhüquqlu üzvlüyünün bərpası məsələlərinin gündəliyə salınmasını istəyib. Bu məsələlərlə bağlı tərəflər arasında mübahisəyə hazırda İdman Arbitraj Məhkəməsində (CAS) baxılır.

Xatıırladaq ki, artıq bir çox beynəlxalq federasiyalar Rusiya idmançılarına beynəlxalq yarışlarda öz bayraqları altında iştiraka icazə verməyə başlayıb.

Shares: