UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlub olan Kiyev “Dinamo”sunda baş məşqçinin aqibəti müəyyənləşib.

Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi hazırkı çalışdırıcı İqor Kostyuku postunda saxlayıb.

Ağdamlılara məğlubiyyətdən sonra mütəxəssisin istefaya göndərilməsi gözlənilirdi. Kostyukla görüşən klub prezidenti onunla yolları davam etdirəcəklərini bildirib.

Qeyd edək ki, ilk oyunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gələn “Dinamo” Bakıdakı cavab matçında 0:2 hesabı ilə məğlub olaraq avrokuboklarla vidalaşıb.

Shares: