WTA rəhbərliyi aparıcı tennisçilər üçün məcburi 500 kateqoriyalı turnirlərin sayını azaltmağı planlaşdırır.
Futbolinfo.az xəbər verir ki, bu məsələ ilə bağlı səsvermənin “US Open” zamanı keçirilməsi gözlənilir.
Hazırkı reqlamentə əsasən, tennisçilər mövsüm ərzində altı WTA-500 turnirində iştirak etməlidirlər. Turnirin direktoru Bob Moran bu sayın beşə və ya dördə endirilə biləcəyini bildirib.
“Masters” yarışlarında məcburi iştirak qaydalarının isə dəyişdirilməsi planlaşdırılmır.
