Məşhur danimarkalı velosipedçi Yonas Vinqeqor körpücük sümüyünün sınığı səbəbindən mövsümü vaxtından əvvəl başa vuracağını açıqlayıb.

“Tour de France” turnirindən sonra bərpa prosesi planlaşdırılsa da, zədə onun məşqlərə başlamasını gecikdirib. Vinqeqor  yaxın vaxtlarda əvvəlki formasına qayıda bilməyəcəyini bildirib. O, əsas diqqəti 2027-ci il mövsümünə hazırlığa yönəldəcəyini vurğulayıb.

Danimarkalı velosipedçi “Tour de France” yarışının  15-ci mərhələsində qəza keçirərək yarışı  dayandırmışdı.

Yonas karyerası ərzində iki dəfə “Tour de France”, hərəyə bir dəfə “Vuelta” və “Giro d’İtalia” nüfuzlu turnirlərini qazanıb.

Shares: