İngiltərənin “Aston Villa” klubu İtaliyanın “Parma” komandasından qapıçı Dzion Sudzukinin və İspaniyanın “Atletiko” (Madrid) klubundan müdafiəçi Matteo Rucerinin transferini elan edib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki keçid daimi əsasla reallaşıb.

Yaponiya millisinin heyətində 22 matça çıxan 24 yaşlı D.Sudzuki karyerası ərzində “Urava Red Daymonds” (Yaponiya), “Sent-Trüden” (Belçika) və “Parma” (İtaliya) klublarının şərəfini qoruyub.

O, həmçinin DÇ-2026-da Yaponiyanın əsas komandasının heyətində çıxış edib.

İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayan 24 yaşlı sol cinah müdafiəçisi M.Ruceri isə ötən yay “Atalanta”dan “Atletiko”ya keçib. O, İtaliya A Seriyası təmsilçisinin heyətində 100-dən çox matçda meydanda olub və 2024-cü ildə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

Shares: