Hazırda keçirilən mövsümöncəsi “Başqırdıstan Respublikası Kuboku” hokkey turnirində matçların ən yaxşı oyunçılarına xüsusi mükafat verilir.
Qarşılaşmanın ən yaxşısı seçilən hər bir hokkeyçiyə yerli istehsal olan üçlitrlik şüşə qabda olan bal hədiyyə olunur.
Xabarovskun “Amur” klubunun hücumçusu İvan Klimoviç Qazaxıstanın “Barıs” komandasına 5:1 hesabı ilə qalib gəldikləri oyunda matçın ən yaxşısı seçilərək bu mükafata sahib olub. Eyni mükafatı “Salavat Yulayev”lə “Lada” arasındakı 3:6 hesablı görüşün ən yaxşı oyunçusu, Tolyattinin təmsilçisinin hücumçusu Rasim Şakirov da alıb.
