“Qarabağ” təcrübəli komandadır.

Futbolinfo.az xəbər verir ki, bu barədə Niderlandın “Tvente” klubunun futbolçusu Ramiz Zerruki mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl fikirlərini bölüşüb:

“Oyuna tam hazırıq. Rəqib futbol oynamağı sevən təcrübəli komandadır. Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”.

Əlcəzairli oyunçu qarşılaşmanı səbirsizliklə gözlədiklərini söyləyib:

“Cütün taleyi iki oyundan sonra həll olacaq. Amma ümid edirik ki, sabah çox vacib addım atacağıq. UEFA Avropa Liqasında mübarizəni dayandırmağımız məyusedici idi. Amma indi bu turnirə diqqət yetirməliyik”.

“Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Shares: