“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Beer-Şeva “Hapoel”i ilə səfər oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubunun 1:2 hesabı ilə məğlub olduğu görüşdə israillilər üstün oyun sərgiləyiblər.
Qapıya zərbə sayında “Hapoel” çempionumuzu ikiqat qabaqlayıb. Həmçinin topa sahib olmada da meydan sahibləri “Sabah”ı üstələyir. Hər iki komandanın qapıçısı 4 dəfə qurtarışla yadda qalıb.
Hapoel (Beer-Şeva) – Sabah
Qollar – 2:1
Zərbələr – 17:8
“Çərçivə”yə zərbələr – 6:5
“Çərçivə”yə düşməyən zərbələr – 3:3
Bloklanan zərbələr – 8:0
Topa sahib olma – 65:35
Ötürmə sayı – 673:315
Dəqiq ötürmə sayı – 613:258
Ötürmələrdə dəqiqlik – 91:82
Qapıçı “seyv”i – 4:4
Künc zərbələri – 3:2
Oyundankənar vəziyyət – 3:1
Sarı vərəqələr – 3:0
Cərimə zərbələri – 12:6
