Türkiyənin Bolu şəhərində “Səbail”lə “Sakaryaspor” arasında keçirilən yoxlama oyununda kütləvi dava olub. 1:1 hesabı ilə başa çatan matçın sonlarında tərəflər arasında gərginlik yaranıb.
Əvvəlcə üç futbolçunun iştirak etdiyi mübahisə daha sonra kütləvi davaya çevrilib. Hadisəyə polis müdaxilə edib.
Türkiyə mətbuatının iddiasına görə, hadisəyə “Səbail” futbolçusunun sərt müdaxiləsi səbəb olub. Tərəflər arasında fiziki qarşıdurma ilə yanaşı, sözlü mübahisə də yaşanıb.
Qeyd edək ki, “Səbail” Azərbaycan I Liqasında, “Sakaryaspor” isə Türkiyənin II Liqasında mübarizə aparır.
