Milli Hokkey Liqası (NHL) tarixində ilk dəfə Münhen və Köln 2027/28 mövsümündə müntəzəm çempionat oyunlarına ev sahibliyi edəcək.
“NHL Global Series Germany 2027” çərçivəsində “Boston Bruins”un hücumçusu Con Piterkanın doğma şəhəri Münhendə iki oyun keçirəcək və qarşılaşmalar “SAP Garden” arenasında baş tutacaq. Köln şəhərində isə Leon Dreyzaytlın çıxış etdiyi “Edmonton Oilers” iki matç keçirəcək və oyunlar “Lanxess Arenada” təşkil olunacaq.
Beləliklə, Piterka və Dreyzaytl MHL oyunlarında öz doğma şəhərlərində azarkeşlər qarşısında meydana çıxacaqlar. Qarşılaşmaların tarixləri, rəqiblər və biletlərin satışı ilə bağlı ətraflı məlumat 2026/27 mövsümündə açıqlanacaq.
